Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pol Poqbanın şamanı Mbappeni lənətləyib? - İDDİA

Pol Poqbanın şamanı Mbappeni lənətləyib? - İDDİA

Tarix: 10 Dekabr 2022 12:48

"Yuventus"a qayıdan "Mançester Yunayted"in keçmiş oyunçusu Pol Poqba, Matia Poqbanın futbolçunun istəyi ilə lənətləmə ilə məşğul olduğu iddiasını təkzib edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Pol heç vaxt məndən Kilian Mbappeni sehr etməyi tələb etməyib, nə PSJ-nin "Mançester Yunayted"ə qarşı oyununda, nə də başqa səbəbdən. Kilian haqqında yalnız bir dəfə - 2018-ci il dünya çempionatı zamanı telefonla danışmışıq", - Fransa mətbuatının Birame D kimi təqdim etdiyi şaman bildirib.

Xatırladaq ki, Matia Poqba qardaşı Polun pul qoparmaq məqsədilə qaçırılması işində şübhəli bilinir.

Fransa yığması 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Milli.Az


Etiketlər:  Poqbanın şamanı Mbappeni lənətləyib İDDİA


RƏYLƏR