Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda ata övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı - VİDEO

Bakıda ata övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı - VİDEO

Tarix: 10 Dekabr 2022 18:32

Məlumat verdiyimiz kimi, Xətai rayonu, Ramiz Quliyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, anidən başlayan yanğın fərdi yaşayış evini bürüyüb. Həmin an biri azyaşlı olmaqla evdə 3 nəfər olub. Hadisə zamanı

xəsarət alanlar olub. Ata övladını yanğından xilas etmək üçün ikinci mərtəbədən atılıb. Bu zaman onun ayağı sınıb. Bir qadının isə yanıq xəsarətləri aldığı bildirilir. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.

Qeyd edək ki, hadisə baş verən əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Ümumilikdə 60 nəfər olmaqla, 8 ədəd xüsusi texnika vasitəsilə yanğına müdaxilə edilib.

Yanğın 30 dəqiqə ərzində söndürülüb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ