Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2022 06:20
Türkiyəli məşhur model və aparıcı Çağla Şikelin son vaxtlar türk pop musiqisinin ən üzdə olan simalarından biri Edislə sevgili olduğu üzə çıxıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə türkiyəli məşhur şou yazarı Bülent Cankurt çıxış edib.
O qeyd edib ki, 43 yaşlı model özündən 11 yaş balaca Edislə mütəmadi görüşür, hətta onların bir-birinin əlindən tutduğunun da şahidi olub.
"Edis və Çağla Şikelin bu səmimiyyəti dostluq deyil, sevgidir! Hətta öyrəndim ki, onların eşq hekayəsi yay aylarından başlayıb. Edis Çağlaya zaman-zaman evlilik təklifi də edib və bu məsələdə çox təkid edir", - deyə Bülent Cankurt vurğulayıb.