Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sabiq prokuroru avtomobil vurub

Bakıda sabiq prokuroru avtomobil vurub

Tarix: 12 Dekabr 2022 09:52

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.


Etiketlər:  Bakıda sabiq prokuroru avtomobil vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ