Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 14:40
"Ana olmaq, övlad sahibi olmaq istəyirəm. Bu yolla addımlayıram. Mənə hər zaman Əminə Yusifqızı və Könül Xasıyeva deyir ki, özün kimi övladın olsun. Allah bunu mənə qismət eləsin".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçi həyatında olan şəxsin ona bənzədiyini söyləyib:
"Həyatımda olan şəxslə münasibətim alınıb, alınmasa da istəyərəm ki, hamının qarşısına onun kimi bir insan çıxsın. Deyirlər ki, "Şər deməsən, xeyir gəlməz". Onun tərbiyəsi, mədəniyyəti, insanlığı, ürəyi... Elə bilirsən ki, ikinci Mətanətdir. Onda olan təmkin... Düzdür onda da "nevroz"luq var. Amma dünyaya ikinci dəfə gəlsəydim, istərdim ki, onun kimi olum".