Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana körpəsinin başını yardı - Ağladığına görə

Ana körpəsinin başını yardı - Ağladığına görə

Tarix: 12 Dekabr 2022 19:16

Rusiyada, Çebarkulda polis bir yaşlı uşağını ağladığına görə döyən ananı saxlayıb.

Sonxeber.net bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsindən məlumat verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdən rayon xəstəxanasının uşaq şöbəsinin müdirindən xəbər tutublar. Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, dekabrın 9-da səhər saatlarında həkimlər körpəyə kəllə əsasının sınığı diaqnozu qoyublar. Bundan sonra uşaq reanimasiyaya köçürülüb.

Çağrıya gələn polis əməkdaşlara məlum olub ki, ötən gecə oğlunun ağlamasından əsəbiləşən 27 yaşlı ana ona əvvəlcə bir neçə zərbə vurub, sonra isə yerə ataraq başını yarıb. Uşağın və anasının kəskin respirator virus infeksiyasına yoluxması səbəbindən noyabrın 9-dan müalicə aldığı bildirilib.

"İstintaq çərçivəsində qadın məhkəmə-psixiatrik ekspertizasına göndərilib, onun nəticələrinə görə qeydiyyata alınıb", - Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzrə Baş İdarəsi əlavə edib.

Xəstəxanada baş verən hadisədən sonra ana adam öldürməyə cəhddə ittiham olunub. Dekabrın 11-də o, istintaq təcridxanasına yerləşdirilib. Kimliyi məlum olmayan qəyyumluq orqanlarının məsul şəxsləri barəsində də səhlənkarlıq araşdırması aparılıb.

Çelyabinsk vilayəti prokurorunun böyük köməkçisi Natalya Mamaevanın verdiyi məlumata görə, cinayət işinin istintaqı prokurorluq tərəfindən nəzarətə götürülüb.

Oğlan hazırda ağır vəziyyətdə reanimasiyadadır. Həkimlər onun həyatı üçün mübarizə aparırlar.

İrfan Vəliyev


Etiketlər:  körpəsinin başını yardı Ağladığına görə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ