Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda tibb məntəqəsi bərbad vəziyyətdədir - VİDEO

Ağdaşda tibb məntəqəsi bərbad vəziyyətdədir - VİDEO

Tarix: 12 Dekabr 2022 19:56

Dörd kəndin sakinlərinə xidmət edən Ağdaş rayonu, Qaradeyin kənd Ailə Sağlamlıq Mərkəzinin binası bərbad vəziyyətdədir.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ötən əsrin 70-ci illərində istifadəyə verilmiş məntəqənin otaqları insanı dəhşətə gətirir.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, nəticə yoxdur.

Mövcud vəziyyət ucbatından bəzən xəstələr rayon mərkəzindəki tibb müəssisəsinə aparılır. Vaxt itkisi baxımından isə bu çox risklidir.

Məsələ ilə bağlı Ağdaş Rayon Mərkəzi Xəstəxanasından şifahi olaraq bildirildi ki, ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirilmə işləri aparılır: "Poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında Ailə Sağlamlıq mərkəzləri yaradılıb, ''ailə həkimi'' modelinin tətbiqinə başlanıb. Bu işlərin davamı olaraq kənd məntəqələrinə rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilir və tibbi müayinələr təşkil edilir. Qaradeyn kəndində yerləşən Ailə Sağlamlıq Mərkəzi 10 min nəfərə xidmət göstərir. Mərkəzin yaxın müddətdə təmir olunması nəzərdə tutulur''.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Ağdaşda tibb məntəqəsi bərbad vəziyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ