Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 21:02
Kosova və Metoxiyada yaşayan serblər Avropa Birliyi missiyasının üzvləri (EULEX) və NATO KFOR qüvvələri ilə konfliktdən qaçmalıdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"KFOR və EULEX əməkdaşlarına heç kimin toxunmaması üçün bu, çox vacib mesajdır. Biz sülhə çağırırıq, danışığa çağırırıq ki, saxlanılan günahsız insan azad edilsin" - deyə Vuçiç vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Serbiya xüsusi xidmət orqanlarının məlumatına görə, Kosova qüvvələri təxribat törədə, etirazçılar adı altında Aİ və Şimali Atlantika Alyansının nümayəndələrinə hücum edə bilər.