Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 23:54
Mingəçevirdə fəaliyyət göstərən 16 saylı körpələr evi- uşaq bağçasının istilik sistemi işləmir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, soyuq havada istilik sisteminin işlək olmaması körpələri çətin vəziyyətə salıb.
Bağçada istilik sistemi hələ ötən ildən öz fəaliyyətini dayandırıb. Ona görə də soyuqdan qorunmaq üçün bağçada elektrik qızdırıcılarından və kondisenerlərdən istifadə edilir. Amma belə halda da otaqları normal qızdırmaq mümkün olmur. Valideynlər bildirirlər ki,uşaqları burada xəstələnirlər.
16 saylı bağçada yaranmış vəziyyətlə bağlı adiyyəti qurumun mühəndisləri baxış keçirib, amma sıradan çıxmış istilik sistemi hələ də düzəlməyib.
Mövzu ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarsinin Mingəçevir Şəhər Təhsil sektorundan şifahi olaraq bildirildi ki, bağçadakı vəziyyətlə bağlı aidiyyəti üzrə məlumat verilib. Yaxın vaxtlarda problemlər aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: