Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənninin 20 milyonluq saatı gündəmdə - VİDEO

Azərbaycanlı müğənninin 20 milyonluq saatı gündəmdə - VİDEO

Tarix: 13 Dekabr 2022 01:25

Rusiyada və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Elman Zeynalov aldığı bahalı saatı ilə gündəmə gəlib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçinin qolunu bəzəyən saat qızıl və brilliantla bəzədilmiş "Roleks Cosmograph Daytona" lüks markasına məxsusdur.

Dəbdəbəli saatın qiyməti isə nə az, nə çox düz 20 000 000 rubl  (təxminən 542 min manatdır).

Qeyd edək ki, Elman məşhur televiziya musiqi layihəsində çıxışı ilə tanınıb, bu müddət ərzində sənətçi Qriqori Leps, Ani Lorak, Djiqan və digər rus ulduzları ilə çıxış edib və daha sonra Xalq artisti Emin Ağalarovun "Zhara" musiqi leybli ilə müqavilə imzalayıb. Elman ilə Marqaritanın Mariel adında qız övladı var.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənninin 20 milyonluq saatı gündəmdə VİDEO


RƏYLƏR