Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki yaşlı qızı yük maşınının altında qaldı - VİDEO

İki yaşlı qızı yük maşınının altında qaldı - VİDEO

Tarix: 13 Dekabr 2022 17:56

Rusiyada, Yekaterinburqda iki yaşlı qız yük maşınının təkərləri altına düşüb.

Sonxeber.net bildirir ki, hadisə müşahidə kameraları tərəfindən lentə alınıb, hadisənin görüntülərini REN TV yayıb.

Kadrlarda iki uşaqlı qadının yol boyu getdiyi, onların yanında yük maşınının arxaya hərəkət etməsi əks olunub. Qadın yük maşınının arxasından qaçıb, uşaqlardan birinin əlindən tutub, ikinci qız sürüşüb, maşının altında qalıb.

Qadın maşını saxladıqdan sonra qızını təkərlərin altından çıxarıb - qız sağ qalıb və ayağı əzilmiş vəziyyətdə xilas olub. Yol polisi belə qənaətə gəlib ki, yük maşını sürücüsü geriyə hərəkət edərkən hərəkətin təhlükəsizliyinə riayət etməyib və nəticədə uşağı vurub.

İrfan Vəliyev


Etiketlər:  İki yaşlı qızı yük maşınının altında qaldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ