Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 19:10
Ayağında ciddi problemlər olan və dekabrın əvvəlində təcili xəstəxanaya yerləşdirilən meyxanaçı Mahir Cürətdən yeni xəbər var.
Sonxeber.net xəbər verir ki, Mahir Mirzəyevin qızı Mədinə lent.az-a açıqlamasında deyib ki, hazırda meyxanaçı xəstəxanadadır və atasının səhhəti düzəlməyə doğru gedir:
"Hazırda yorğundur, yatır. Diaqnozu ürək çatışmazlığıdır. Ayaqlarındakı yaralar yavaş-yavaş sağalır. Amputasiya olunmadı. Həkimlər deyir ki, vəziyyəti yaxşılığa doğru gedir. Təxminən, 2-3 günə evə buraxılacaq. Sənət yoldaşlarından ziyarətə Balabəy, Namiq Məna gəlir".
Xatırladaq ki, noyabr ayında aparıcı Arzu Kəlbi bildirib ki, 50 yaşlı qəzəlxan Mahir Cürətin maddi durumu da yaxşı deyil. Həkimlər ayağının amputasiya olunacağını və artıq çürüdüyünü də demişdi.