Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başqasının cinayətinə görə səhvən 25 il həbs cəzası çəkdilər

Başqasının cinayətinə görə səhvən 25 il həbs cəzası çəkdilər

Tarix: 13 Dekabr 2022 19:48

ABŞ-ın Corciya ştatından olan iki günahsız kişi törətmədikləri qətlə görə səhvən 25 il həbs cəzası çəkiblər və yeni dəlillər ortaya çıxandan sonra bəraət alıblar.

Sonxeber.net bildirir ki, bu barədə CNN məlumat yayıb.

Darrell Li Klark və Keyn Coşua Stori 15 yaşlı Brayan Boulinqi öldürməkdə şübhəli bilinərək həbs ediləndə 17 yaşında idilər. Brayan, 1996-cı il oktyabrın 18-də ailəsinin səyyar evində başından aldığı güllə yarasından dünyasını dəyişib. Atəşdən bir neçə saniyə əvvəl Boulinq sevgilisi ilə telefonda danışıb. O, ona Storinin evinə gətirdiyi silahla rus ruleti oynadığını deyib. Atəş açıldığı zaman Stori onunla birlikdə otaqda olub.

Stori məcburi adam öldürmədə ittiham olunub, lakin bir neçə ay sonra polis işi qətl kimi təsnif edib. Müstəntiqlər iki şahidi dindiriblər. Onların ifadələrindən sonra polis Boulinqin ölümündə Klarkın da əli olduğu qənaətinə gəlib. Bu iş üzrə məhkəmə prosesi 1998-ci ildə başlayıb və bir həftə davam edib. Yeniyetmələr qəsdən adam öldürmə ittihamı ilə ömürlük həbs cəzasına məhkum ediliblər.

2001-ci ildə "Proof" podkastının aparıcıları Syuzan Simpson və Yasinda Devis bu işin hərtərəfli təhqiqatına başlayıblar və iki əsas şahidi dindiriblər. Boulinqin qadın qonşusu daha əvvəl iddia edib ki, yeniyetmələr qətli planlaşdırdıqlarını etiraf ediblər, çünki Boulinq onların törətdikləri oğurluq haqqında çox şey bilib. Onun ifadəsinə əsasən, Stori qətldə ittiham olunub. O, alibi olmasına baxmayaraq, şərik kimi həbs edilib: atışma zamanı o, evdə olub və bunu iki şahid də təsdiqləyib. Podkastda qadın qonşu polisin onu yalan ifadə verməyə məcbur etdiyini və tələb olunan ifadələri vermədiyi təqdirdə uşaqlarını aparacağı ilə hədələdiyini bildirib.

İkinci əsas şahid atışma zamanı Boulinqin evində başqa otaqda olan bir kişi olub. O, fotodan Klarkı Boulinqin vurulduğu gecə həyətdə qaçdığını gördüyü adam kimi tanıyıb. Podkastda məlum olub ki, kişinin ifadəsi 1976-cı ildə şahidi olduğu heç bir əlaqəsi olmayan, lakin oxşar atışma hadisəsi haqqındadır. O, heç vaxt bağda Klarkı tanımayıb və atəşin baş verdiyi bütün gecə bağda heç kimi görməyib.

Klarkın vəkilləri ədalətsiz ittihama yenidən baxılmasını və yeni prosesə başlanılmasını tələb edərək şikayətlər veriblər. Sənədlərdə ittiham tərəfinin yalan ifadələrə əsaslandığını sübut edən yeni məlumatlar təqdim ediblər. Hazırda 43 yaşlı Klark həbsdən azad edilib. Stori də qəsdən qətl törətdiyini etiraf edərək, istintaqla razılaşdıqdan sonra sərbəst buraxılıb. Cəza 10 ilə endirilib, kişi 25 il həbs cəzası çəkib.

Klark ailəsi ilə birlikdə Floyd dairəsində məskunlaşıb və həyatını azadlıqda qurmağı planlaşdırıb. Stori də Floyd Kauntiyə köçüb və məktəbi bitirib iş tapacağına ümid edir. Hakim Nidraç Corciya ştatı və Floyd dairəsi adından onlardan üzr istəyib.

İrfan Vəliyev


Etiketlər:  Başqasının cinayətinə görə səhvən həbs cəzası çəkdilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ