Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Masallıda minik avtomobilləri toqquşdu - Ölən və yaralananlar var

Masallıda minik avtomobilləri toqquşdu - Ölən və yaralananlar var

Tarix: 13 Dekabr 2022 23:02

Masallıda minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda DİN-nin Mətbuat xidmətindən bildirilib.

Belə ki, dekabrın 13-də saat 18 radələrində rayonun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi "VAZ 21011" markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, "VAZ 21011" markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Masallıda minik avtomobilləri toqquşdu Ölən yaralananlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ