Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkədə bu sahədə çalışanlar yüksək maaş alır

Ölkədə bu sahədə çalışanlar yüksək maaş alır

Tarix: 15 Dekabr 2022 00:00

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Ümumilikdə, 2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6 faiz artaraq 1729,3 min nəfər olub, onlardan 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.


Etiketlər:  Ölkədə sahədə çalışanlar yüksək maaş alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ