Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi

Tarix: 15 Dekabr 2022 17:36

Bakı Apellyasiya Məhkəməsində Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

Sonxeber.net xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Bakı Apellyasiya Məhkəməsi şikayəti rədd edib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Məhkəmə qərarı ilə B.Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ