Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 17:56
Sosial şəbəkələrdə 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumat müzakirələrə səbəb olub.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sözügedən görüntünü ibtidai sinif müəllimi çəkib və valideynlərin vatsap qrupuna atıb.
Məqsədi isə dərsə hazırlaşmayan şagirdlər barədə valideynlərə məlumat vermək olub. Amma həmin görüntü sosial şəbəkələrdə paylaşıldıqdan sonra birmənalı qarşılanmayıb. Görüntünü isə valideyn Pərvanə Rasim paylaşıb.
O qeyd edib ki, Xətai rayonunda yerləşən 25 nömrəli tam orta məktəbin I sinif şagirdləri müəllimələrinin psixoloji təzyiqinə məruz qalıblar. Valideynin iddiasına görə, qızı ilə bərabər bir neçə şagirdi sinif müəlliməsi incidib.
Məsələnin təfərrüatlarını araşdırmaq üçün "Xəzər Xəbər" 25 nömrəli məktəbdə olub. Hadisədə adı hallanan müəllimə Səidə Hüseynova deyib ki, hər dəfə uşaqların davranışlarından və dərsə hazırlıq səviyyələrindən valideynlərinin xəbərdar olmaları üçün belə bir addım atır. Amma valideynin qeyd etdiyi kimi uşaqlara qarşı hansısa bir zorakılıq etməyib.
25 nömrəli məktəbin direktoru Fəridə Şərifova isə deyib ki, hadisə ilə əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb və ona töhmət verilib. Onun sözlərinə görə, belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlər görüləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: