Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 10:15
Bakı. Trend:
Bu gün Xəzər dənizində iki dəfə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən 09:33-də Xəzər dənizində qeydə alınıb.
3.5 ballıq yeraltı təkanların dərinliyi 8 km olub.
Qeyd edək ki, bu, dənizdə gün ərzində baş verən 2-ci zəlzələdir. Daha əvvəl 07:06-da Xəzər dənizində daha bir zəlzələ qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin