Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 19:35
Müğənni Nadir Qafarzadə dünyasını dəyişən bacısına görə ünvanına deyilən tənqidlərə cavab verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Həyat tərzi" proqramında bacısına sağlığında dəstək olmadığı iddialarını yalanlayıb. Nadir bildirib ki, onun bütün müalicə xərcini özü ödəyib:
"5,10,15 min verib başdaşı ucaldırıq. Ölüyə bu çatmır axı. İnsanlar özünü göstərmək üçün edirlər. Mənə deyirlər ki, elə ehsan verənə, başdaşı qoyana qədər həmin pulu müalicəsinə xərcləyib, ömrünü uzadardın. Mən etdim: müalicələr, əməliyyatlar... Xaricdən dərmanlar gətirirdim. 20 il ömrünü uzatdım. Xərçəng idi, sonda özünü göstərdi. Ehsanda verilən plovu, meyvələri sağlığında aparın yedizdirin həmin şəxsə. Qoyun bu dünyadan bəxtəvər getsin".