Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlıları görəndə dizimiz əsir: Fransa da gəlsə...

Azərbaycanlıları görəndə dizimiz əsir: Fransa da gəlsə...

Tarix: 15 Dekabr 2022 21:03

Bu günlərdə Qarabağda baş verən azərbaycanlı fəalların aksiyası erməni xalqının gözünü bir şeyə də açdı. Biz rusların Azərbaycan qarşısında qorxduğunu müşahidə etdik. Ölmədik, bu günü də gördük. İllərdir Ermənistanda rus bazası olub. İrəvan Rusiyanı qorxmaz, ordusunu güclü bilib. Amma bu günlərdə baş verənlərə baxsaq, dizləri titrəyən rus əsgərini, dillərini udmuş rus zabiti görürük.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.

"Bir məqamı qeyd edim. Azərbaycanın qarşısında dik dura biləcək ordu varmı? Kimə müraciət edək? Fransaya? İnanın mənə ki, bundan heç nə dəyişməz. Azərbaycanın tələbləri İrəvan tərəfindən yerinə yetiriləcək - bizim arxamızda ruslar yox, fransızlar dursa belə... Azərbaycanlıların gözlərində qaliblik var, bizdə isə - elə ruslarda da - qorxu..." - deyə o qeyd edib.


Etiketlər:  Azərbaycanlıları görəndə dizimiz əsir Fransa gəlsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ