Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin ən güclü döyüş gəmisi HAZIRDIR

Türkiyənin ən güclü döyüş gəmisi HAZIRDIR

Tarix: 15 Dekabr 2022 21:56

Bütün sınaqlardan uğurla keçən Türkiyənin ən güclü döyüş gəmisi olan "Anadolu" tezliklə hərbi donanmaya təhvil veriləcək.  

Hərbi Dəniz Qüvvələri donanmanın flaqmanı olaraq TCG "Anadolu"nu təyin edəcək.

Türkiyənin F-35 proqramından çıxarılmasından əvvəl hücum helikopter daşıyıcısının yüngül təyyarə gəmisi kimi istifadə edilməsi planlaşdırılırdı.  

Türkiyə hərbi rəhbərliyi həmçinin, "Anadolu" helikopter daşıyıcısında yerləşdiriləcək PUA-lara malik VTOL qırıcılarının çatışmazlığını da kompensasiya edib.

Qeyd edək ki, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İspaniya ilə birlikdə tamhüquqlu təyyarədaşıyan gəmi inşa etmək planları baradə məlumat vermişdi.

Milli.Az


Etiketlər:  Türkiyənin ən güclü döyüş gəmisi HAZIRDIR


RƏYLƏR