Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir

Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir

Tarix: 16 Dekabr 2022 09:50

Müğənni İntizar Məmmədzadənin səhhətində ciddi problem yaranıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, ifaçı MS - dağınıq sklerozdan (iltihabi xəstəlik olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir. Bu haqda İ.Məmmədzadə "7 canlı" verilişində məlumat verib:

"MS deyilən bir xəstəlik var, məndə də aşkar olundu. Gözümdə problem yarandı, görmə qabiliyyətimi itirdim. Halsızıq var idi, yatmağa çox üstünlük verirdim, nəyisə qaldırmağa gücüm olmurdu. Bu xəstəlik zamanı həyat tərzini dəyişməlisən. Birinci Allaha, ikinci isə xanımıma minnətdaram ki, məni ayağa qaldırmağa kömək oldu".

Qeyd edək ki, Əməkdar artist Ehtiram Hüseynov da bu xəstəlikdən əziyyət çəkir.


Etiketlər:  Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ