Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 11:48
ABŞ Rusiya ilə müharibə etmir və belə bir münaqişəyə girməyi planlaşdırmır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Patrik Rayder Moskvanın "Patriot" komplekslərinin Ukraynaya təhvil verilməsi ilə bağlı xəbərdarlığını şərh edərkən deyib.
"ABŞ Rusiya ilə müharibə etmir, biz münaqişə axtarmırıq, diqqətimizi Ukraynaya müdafiə yardımı göstərməyə yönəldirik", - deyə o bildirib.
Rayder əlavə edib ki, ABŞ Ukraynaya hansı formada yardım göstərilməsi ilə bağlı Rusiyanın diktə etməsinə icazə verməyəcək.