Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Quba yolunda dəhşətli qəzanı törədən TIR sürücüsü saxlanıldı

Bakı-Quba yolunda dəhşətli qəzanı törədən TIR sürücüsü saxlanıldı

Tarix: 16 Dekabr 2022 14:58

Bakı-Quba yolunda qəza törədən "TIR" sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən E. Atayev saxlanılaraq istintaqa cəlb edilib:

"Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. E.Atayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir".

Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində 6 nəfər həlak olub.

Milli.Az


Etiketlər:  Bakı Quba yolunda dəhşətli qəzanı törədən TIR sürücüsü saxlanıldı


RƏYLƏR