Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 16:24
Türkiyədə 6 yaşlı H.K.G. imam nigahı ilə evləndirilməsi barədə xəbər ölkədə böyük qalmaqala səbəb olmuşdu. Xəbərin yayılmasından 12 gün sonra təcavüzə göz yuman ata Yusuf Ziya Gümüşel və qızın keçmiş əri, təcavüzkar Kadir İstekli həbs olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qeyd edək ki, məsələ ilə bağlı ötən günlərdə iddianamə qəbul edilib, Kadir İstekli üçün 30, ata Yusuf Ziya Gümüşel və anası Fatimə Gümüşel üçün isə 18 ildən az olmamaq şərti ilə həbs cəzası istənilib.
Xatırladaq ki, qorxunc hadisənin üstü illər sonra hazırda 23 yaşında olan H.K.G.-nın özü tərəfindən açılıb. O, polisə şikayət edərək 6 yaşında ikən 29 yaşlı Kadir İstekli ilə evlendirildiyini deyib, gəlinlik geyindiyi haldakı görüntülərini təqdim edib və illərlə təcavüzə məruz qalmasından danışıb.