Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 08:42
ABŞ Rusiyanın qaçılmaz olaraq Kiyevə qarşı ikinci hücuma keçəcəyinə dair heç bir əlamət görmür.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Biz Putinin Ukrayna ilə bağlı maksimalist məqsədlərindən əl çəkdiyini göstərən heç nə görməmişik. Kiyevlə bağlı qaçılmaz addım olacağına dair də heç bir əlamət görmürük, lakin bunu diqqətlə izləyirik", - deyə Kirbi bildirib.