Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“The New York Times”dan sensasion İDDİA: Gerasimovu ABŞ xilas edib

“The New York Times”dan sensasion İDDİA: Gerasimovu ABŞ xilas edib

Tarix: 18 Dekabr 2022 09:44

ABŞ Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada döyüş bölgəsinə səfəri zamanı onun Ukrayna tərəfindən zərərsizləşdirilməsinin qarşısını almağa çalışıb.

Milli.Az xəbər verir ki, bu barədə "The New York Times"ın Ukraynadakı müharibə ilə bağlı araşdırmasında qeyd olunub.

"Report"un məlumatına görə, nəşr yazıb ki, ABŞ rəsmiləri general Valeri Gerasimovun cəbhə bölgəsinə səfər etməyi planlaşdırdığını öyrənib, lakin onun həyatına qəsdin ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bu məlumatı ukraynalılardan gizlədib.

Bununla belə, Ukrayna tərəfi səfərdən yenə də xəbər tutub. Daxili müzakirələrdən sonra Vaşinqton təcili addım ataraq Ukraynadan hücumu dayandırmağı xahiş edib.

ABŞ-ın yüksəkrütbəli rəsmisi bildirib ki, Vaşinqton Ukraynadan bunu etməməyi deyib: "Biz dedik: "Hey, bu artıq ağ oldu". Mesaj çox gec çatdı. Ukrayna hərbçiləri amerikalılara bildirdilər ki, onlar artıq generalın mövqeyinə hücuma başlayıblar. Zərbə zamanı onlarla rusiyalı həlak olub".

Lakin ölənlər arasında general Gerasimov olmayıb.

Bundan sonra rusiyalı hərbi rəhbərlər cəbhəyə səfərlərini azaldıblar.

Milli.Az


Etiketlər:  The New York Timesdan sensasion İDDİA Gerasimovu ABŞ xilas edib


RƏYLƏR