Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Tarix: 18 Dekabr 2022 21:52

Salyan rayonu ərazisində baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının rayonun Həsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Əliyev Elşən Nurəddin oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb.

İnəyi vurmaqdan yayınan sürücü avtomobili yolun kənarına yonəldib. Bu zaman qarşıdan gələn "QAZ-31" markalı avtomobilə çırpılaraq kollektora düşüb.

Qəza nəticəsində sürücü və daha bir sərnişin xəsarət alıb.

Sərnişin xəsarəti yüngül olduğundan tibbi yardımdan imtina edib, sürücü isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Salyanda yol qəzası olub xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ