Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıtda 33 yaşlı kişini qətlə yetirib qaçan şəxs ələ keçdi

Sumqayıtda 33 yaşlı kişini qətlə yetirib qaçan şəxs ələ keçdi

Tarix: 19 Dekabr 2022 10:44

Sumqayıtda qətl törədib qaçan şəxs saxlanılıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Dadaşov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Milli.Az


Etiketlər:  Sumqayıtda 33 yaşlı kişini qətlə yetirib qaçan şəxs ələ keçdi


RƏYLƏR