Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2022 21:30
"Səhnəyə toyu gətirmək olmaz. Eləcə də toyu səhnəyə. Toyda insanlar istirahət edir, əyləncəli janr lazımdır. İndiki gənclər toyu səhnəyə gətirir. Bu isə çox pisdir. Sovet vaxtında AzTV-də "qara siyahı" var idi. Kim toylara gedirdi onları efirə çağırmırdılar. İndi isə əksinə olub".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxanov "Axşam havası" proqramında deyib. Müğənni şou-biznesin hazırki vəziyyətindən danışıb. İfaçı bildirib ki, özü gündəmdə olmağı sevmir:
"İstəmirəm ki, saytlar məndən yazıb, danışsın. Qoy, cavanlardan danışsınlar. O dövrü axı mən keçmişəm. Səbəb isə özümə verdiyim qiymətdir, çünki peşəkaram".
S.Sərxan şəxsi həyatından söz açıb. Müğənninin qızının müxbir işlədiyini açıqlayıb:
"Taleyim elə gətirdi ki, 16 yaşından Moskvaya getdim. İstərdim ki, məhəbbətim Azərbaycanda olsun. Həyatımı Azərbaycan xanımı ilə qurmaq istərdim.
Qızımın çox gözəl musiqi zövqü var. İstedadlı uşaqdır, müxbirdir. Gözəl yazı qabiliyyəti var. Atasını da çox istəyir".