Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aktrisa yatağından VİDEO paylaşdı

Aktrisa yatağından VİDEO paylaşdı

Tarix: 20 Dekabr 2022 03:24

Rusiyalı aktrisa Anna Xilkeviç yataqda video çəkib və İnstaqramda paylaşıb.

Milli.Az bildirir ki, "Univer" serialının ulduzu abunəçilərinin suallarının mövzularının kəskin şəkildə dəyişdiyini qeyd edib.

"Əvvəllər məndən əsasən bu və ya digər paltarı, ayaqqabını haradan aldığımı, kiprikləri harada düzəltdiyimi, hansı dodaq boyası çəkdiyim barədə soruşurdular. İndi demək olar ki, bütün suallar böyüklər üçündür və dərindir - münasibətlər, psixologiya, şəxsi inkişaf, mənəvi inkişaf haqqında. Mən çox şadam ki, biz birlikdə böyüyürük, birlikdə irəliləyirik", - deyə Xilkeviç tamaşaçılarına müraciət edib.

Aktrisa bu cür suallara cavab verməyin nə üçün çətin olduğunu açıqlayıb. "Daha yaxşısını özünüzdən başqa heç kim bilmir. Necə deyərlər, öz ayaqqabını geyinib günləri yaşamalısan", - o deyib.

Xilkeviç əmindir ki, istənilən adam bu və ya digər vəziyyətdə nə edəcəyini kənardan kimsədən yaxşı bilir. O, izləyicilərini problemlərdən qorxmamağa və ailə dəyərlərinə aid məsələləri müstəqil həll etməyə çağırıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Aktrisa yatağından VİDEO paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ