Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 08:40
Ukrayna Rusiya qoşunlarının bu ölkə ərazisindən mümkün hücumu fonunda Belarusla sərhədi möhkəmləndirir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin BBC-yə müsahibəsində deyib.
"Biz Rusiya və Belarusla sərhədin bütün uzunluğu boyunca müdafiə xətləri qururuq", - deyən Yenin bura atıcı silah və artilleriya mövqeləri və sursat anbarlarının da daxil olduğunu vurğulayıb.
"Hava hücumundan müdafiə sistemimiz sayəsində biz Rusiya tərəfinin buraxdığı pilotsuz uçuş aparatlarının 90 %-ni vura bildik", - deyə o, paytaxtın enerji infrastrukturunun bir hissəsinin xeyli zədələndiyini və energetiklərin elektrik enerjisini bərpa etmək üçün gecə-gündüz işləməli olduğunu etiraf edib.