Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 11:24
Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı tezliklə başa çata bilər. Biz 1 yanvar 2023-cü ili müharibənin nəticəsini həll edəcək dönüş nöqtəsinin baş verəcəyi əsas tarix adlandıra bilərik.
Sonxeber.net xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı iqtisadçı, analitik, ictimai xadim və publisist Mixail Xazin deyib.
"Hamı başa düşür ki, Qərbin köməyi olmadan Ukrayna uzun müddət mübarizə apara bilməyəcək. Üstəlik, bunu hətta Kiyev hakimiyyətinin özü də anlayır. Tezliklə Qərb Ukrayna tərəfinə həddindən artıq hərbi yardım və maliyyə ayırmağı dayandıracaq. ABŞ Konqresində respublikaçıların hakimiyyətə gəlməsi mövcud vəziyyətin tamamilə alt-üst olmasına gətirib çıxaracaq. Belə ki, əvvəllər güclü, sabit iqtisadiyyatı ilə kifayət qədər firavan hesab edilən Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrdə əhali arasında kütləvi etirazlar baş verir. Qərbin Kiyevə yardımı zəiflədikcə və ya tamamilə dayanan kimi Ukrayna hakimiyyətinin özü sülh danışıqlarını istəyəcək", - deyə həmsöhbətimiz qeyd edib.