Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda şirniyyat mağazasında siçovul gəzir - VİDEO

Bakıda şirniyyat mağazasında siçovul gəzir - VİDEO

Tarix: 20 Dekabr 2022 13:38

Bakıdakı yerləşən şirniyyat mağazalarının birində antisanitar şərait hökm sürür.

Sonxeber.net xəbər verir ki, bunu əks etdirən görüntüləri prodüser-aparıcı Tarix Əliyev sosial şəbəkə hesabında paylaşıb. 

Görüntülərdə siçovulun şirniyyatlarla dolu piştaxtanın üstündə gəzdiyi görünür.

İzləyicilər şirniyyat mağazasının adının "Balaca" olduğunu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşdiyini bildiriblər. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"ya bildirildi ki, qeyd olunan məsələ AQTA tərəfindən nəzarətə götürülüb: "Məlumat sosial şəbəkədə yayıldığı üçün hazırda araşdırmalar həyata keçirilir. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".


Etiketlər:  Bakıda şirniyyat mağazasında siçovul gəzir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ