Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Vladanka Andeyeva ilə görüşdü - FOTO

Ceyhun Bayramov Vladanka Andeyeva ilə görüşdü - FOTO

Tarix: 20 Dekabr 2022 19:21

20 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı resident əlaqələndiricisi Vladanka Andeyeva ilə görüşüb.

Görüş əsnasında Azərbaycan ilə BMT, eləcə də onun ixtisaslaşmış qurumları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov BMT-nin fəal üzvü olan ölkəmizin təşkilatın qlobal inkişaf təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Görüşdə, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina təhdidi barədə məlumat verilib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva bu il Azərbaycanla BMT arasında əlaqələrin 30 illiyi münasibətilə təşkil olunmuş silsilə tədbirləri məmnunluqla xatırlayıb. Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı Azərbaycanın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə, təhsil, səhiyyə, enerji sahələrində və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb və mövcud əməkdaşlığı genişləndirmək imkanları nəzərdən keçirilib.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Vladanka Andeyeva ilə görüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ