Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2025 21:39
Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.
Sonxeber.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar.
"İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.