Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 23:00
Xankəndi yolunda keçirilən aksiyada iştirakçılar "humanitar yardım" adı altında qanunsuz daşımaların da qarşısını alır: məlumatlara görə, yoxlanılmadan keçmək istəməyən beş yük avtomobili buraxılmayıb;
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu məsələ iki məqamı ön plana çıxarır:
- Qarabağa hələ də qanunsuz yüklərin daşınmasına cəhdlər edilir: görünür, iştirakçıların "humanitar yardım"lara şərait yaratmasından sui-istifadə etmək istəyiblər və istisna deyil ki, yoxlamaya imkan verilməyən yük maşınlarında silah-sursat olub;
- Qanunsuz daşımaların qarşısını almağa hesablanmış bu yoxlamalarla Azərbaycan xalqı Laçın yoluna nəzarəti praktiki olaraq icra edir və proseslərin inkişafı yolda rəsmi şəkildə gömrük-buraxılış məntəqəsinin qurulması ilə nəticələnə bilər.