Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zöhrəyə yazırdılar ki, yaxşı oldu oğlun öldü, özündən çox çıxmışdın” - VİDEO

“Zöhrəyə yazırdılar ki, yaxşı oldu oğlun öldü, özündən çox çıxmışdın” - VİDEO

Tarix: 21 Dekabr 2022 16:15

Müğənni Manaf Ağayev mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı acı xatirəsini bölüşüb.

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində söz açıb.

Ağayev Abdullayeva haqda sosial şəbəkədə yazılan xoşagəlməz şərhdən bəhs edib:  
"Zöhrə xanımın övladı dünyasını dəyişmişdi. Onu bir telekanalın efirdə yayımlanan verilişə çıxartmaq lazım idi. Zöhrə xanım ağlayıb dedi ki, verilişə getməyəcəyəm. Biz isə onun könlünü almaq istəyirdik ki, rədd eləməsin verilişə gəlməyi. Söylədi ki, siz heç bilirsiniz haqqımda sosial şəbəkədə nə yazıblar? Başladı ağlamağa və dedi ki, "Yaxşı oldu oğlun öldü.

Özündən çox çıxmışdın". Bu sözləri yazan insanlardan nə gözləmək olar? Zöhrə xanımın bir övladı vardı. O da öldü. Zöhrə xanım sizə nə edib? O ağbirçək xanım idi. Kimdə işi var idi? Hamı haqda bu cür xoşagəlməz sözlər yazılır. O qədər dünyada şərəfsiz insanlar var ki... Belə şeylərə hazır olmaq lazımdır".

Qeyd edək ki, Z.Abdullayeva ötən ilin mayında 68 yaşında sklerodermiya (xərçəngin bir növü) xəstəliyindən dünyasını dəyişib.


Etiketlər:  Zöhrəyə yazırdılar yaxşı oldu oğlun öldü özündən çox çıxmışdın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ