Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2022 16:20
Türkiyənin İstanbul şəhərində oğurluq hadisəsi olub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sultanqazi qəsəbəsində qeydə alınıb. İşçi paltarları geyinərək baxış etmək adı ilə quyunun ağzını açan 4 nəfər internet naqillərini kəsib aparıblar. Bununla da qəsəbənin 4 küçəsi internetsiz qalıb.
Məlumatla əlaqədar Sultanqazi Polis Şöbəsinin əməkdaşları əməliyyatlar keçiriblər. Nəticədə hadisədə şübhəli bilinən Seçkin. E, Sıddık. B, Hüseyn. C və azərbaycanlı Zaur. S saxlanılıblar.
Onların hər biri barədə oğurluq maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.