Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi PSJ rəhbərliyinə söz verib

Messi PSJ rəhbərliyinə söz verib

Tarix: 21 Dekabr 2022 23:02

Argentina millisinin kapitanı Lionel Messi Fransanın PSJ komandası ilə müqaviləsini yeniləyəcək.

Sonxeber.net "report"a istinadən bildirir ki, 35 yaşlı futbolçu bununla bağlı Paris təmsilçisinə söz verib.

Təcrübəli hücumçu klubla sözləşməsinin müddətini ən azı 2024-cü ilin yayınadək uzadacağını bildirib.

İddiaya görə, PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında 3 aydır gedən danışıqlar artıq yekunlaşıb. Tam anlaşma dekabrın əvvəlində əldə olunub.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda İspaniya "Barselona"sından keçib. Onun Liqa 1 təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi var.

Ulduz futbolçu Argentina millisinin heyətində Qətərdəki dünya çempionatının qalibi olub.


Etiketlər:  Messi rəhbərliyinə söz verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ