Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 00:20
"Bəzi kişilərdə belə bir problem var - qadını sıx, alçalt, əz, təhqir et, ayaqlar altına at... Qadın sözünü demək istədikdə isə "Sənin nə haqqın var?" deyib, əxlaq damğası yapışdıracaqlar".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri "Ümid ilə gəl" ictimai-sosial verilişində ekspert qismində iştirak edən telejurnalist Rövşanə Ağasəfqızı deyib.
Aparıcı ailəsində problemlərlə üzləşdiyi səbəbi ilə verilişlərə pənah gətirən həm qadınları həm də onların ərlərini tənqid edib:
"Mən bilmirəm, efir əxlaqsızlıq yuvasıdır ya nədir? Min hoqqa çıxarılan yerdən bəzilərinin heç xəbəri yoxdur, arvadlarından, qızlarından, bacılarından xəbərləri yoxdur. Efir ictimai və milyonların gördüyü yerdir".