Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağlam həyat tərzi keçirmək istəyən adamlar üçün pəhriz

Sağlam həyat tərzi keçirmək istəyən adamlar üçün pəhriz

Tarix: 22 Dekabr 2022 08:03

Bu pəhiz,  sağlam həyat tərzi keçirmək istəyən adamlara yardım etmək məqsədi güdür. Hər bir normal insan gün ərzində hansısa bir fiziki və ya zehni əmək sərf edərək həyatını yaşamaq məcburiyyətindədir. Gün ərzində itirdiyi enerji, zehni və fiziki yorğunluq istər-istəməz insanın sağlamlığına öz təsirini göstərir. Sağlam və uzun bir ömür sürmək üçün müalicəvi pəhrizə hər bir normal adamın ehtiyacı vardır.
Sağlam yaşamaq istəyən hər bir kəs gündəlik qidasına, yediyi qidaların tərkibinə diqqət yetirməlidir. Normal insanın gündəlik qidasının enerji və kalori dəyəri belə olmalıdır:
- 70-80 qram zülal (55% heyvani zülal olmalıdır)
- 80-85 qram yağlar
- 350-400 qram karbohidratlar
- 12 qram duz
- 1,5 - 2 litr maye
- 2400 - 2600 kalori dəyərində qida
Boyat çörək, suda bişmiş ət və ət məhsulları, bol miqdarda meyvə və tərəvəz, süd və süd məhsullarının, normada içilən meyvə şirələrinin insan orqanizmi üçün heç bir zərəri yoxdur.
Hisə verilmiş qida məhsulları, kimyəvi qatqıları olan məhsullar, ayaqüstü yeyilən küçə yeməkləri, çox qaynar və çox soyuq halda içilən maye, kofe, spirtli içkilər insan orqanizmi üçün zərərli qida məhsulları hesab olunur. Özünü sağlam hesab edən hər bir kəs bacardığı qədər bu qidalardan istifadə etməməlidir.
Çalışın sağlamlığınızın qayğısına qalın!


Etiketlər:  Sağlam həyat tərzi keçirmək istəyən adamlar üçün pəhriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ