Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Goranboyda sərxoş kişi baba və nəvəyə xəsarət yetirdi

Goranboyda sərxoş kişi baba və nəvəyə xəsarət yetirdi

Tarix: 22 Dekabr 2022 10:04

Goranboyda yaşlı kişi və nəvəsinə həmyerliləri tərəfindən xəsarət yetirilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1999-cu il təvəllüdlü M.Mahmudov və onun babası 1943-cü il təvəllüdlü V.Nəbiyev mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Hadisənin onların həmkəndlisi olan şəxs tərəfindən mübahisə zəminində törədildiyi bildirilir.

Belə ki, sərxoş halda olan şəxs öncə M.Mahmudovla dalaşıb, daha sonra onları aralamağa çalışan V.Nəbiyevə də yumruq zərbələri ilə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Goranboyda sərxoş kişi baba nəvəyə xəsarət yetirdi


RƏYLƏR