Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəxtiyarla bağlı aksiya çağırışlarına DİN-dən reaksiya

Bəxtiyarla bağlı aksiya çağırışlarına DİN-dən reaksiya

Tarix: 22 Dekabr 2022 12:36

Bakıda bir qrup şəxs ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq etiraz aksiyası keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə çağırışlar edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onların aksiya ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən cavab verilib. Bildirilib ki, sözügedən yerdə aksiya məqsədəmüvafiq deyil. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı aşağıdakı suallarımıza da aydınlıq gətirib:

- Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?

- Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

- Onlar arasında hüquq müdafiəçiləri və ictimai fəallar da var...

- Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək.

Milli.Az


Etiketlər:  Bəxtiyarla bağlı aksiya çağırışlarına DİN dən reaksiya


RƏYLƏR