Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvan dəhşətləri: Talıbovun dövründə Muxtar Respublikada nələr baş verib?

Naxçıvan dəhşətləri: Talıbovun dövründə Muxtar Respublikada nələr baş verib?

Tarix: 22 Dekabr 2022 13:24

Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrliyindən istefa verməsi gündəmin ən maraqlı hadisəsidir. İndi hər kəs növbəti addımların nədən ibarət olacağını gözləyir. Vasif Talıbov personası isə hələ uzun müddət gündəmdə qala bilər. 

Naxçıvan MR Talıbovun idarəçiliyi dövründə nəinki Azərbaycanda dünyada da məşhur olub.

Hələ 2009-ci ildə Norveç Helsinki Komitəsi "Azərbaycanın Qaranlıq Adası: Naxçıvanda insan hüquqlarının pozuntuları" adlı hesabat yaymışdı. Həmin hesabatda aşağıdakılar özü əksini tapmışdı:

• İnsanları siyasi fəaliyyətdən çəkindirmək üçün bir çox tədbirlərə əl atılır;

• İstənilən alternativ baxışa qarşı repressiv münasibət siyasi müxalifətin və vətəndaş cəmiyyətinin inkişafını geriləyib;

• Hakimiyyət orqanlarının media üzərində güclü nəzarəti nəticəsində müstəqil media məhv edilib;

• Azərbaycanın digər bölgələrindən Naxçıvana gələn jurnalistlər də zorakılığa və hədələrə məruz qalırlar;

• Şahidlərin məlumatlarına görə, Naxçıvandakı həbsxana və təcridxanalarda işgəncə və pis rəftardan geniş istifadə olunur;

• Polis üç nəfərdən çox insanın, əsasən də kənd mərkəzlərində toplaşmasına faktiki qadağa qoyub;

• İşdən qovulmaq qorxusu insanların öz şikayətlərini açıq səsləndirməsinə mane olur

• İnsanlar sovet dövründən qalma "iməcilik"lərə cəlb olunaraq, küçələrin süpürülməsi, məhsul yığımı və ağacların daranması kimi müxtəlif ödənişsiz işlərə məcbur edilirlər...

Sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, Talıbovların çöküşü Naxçıvan əhalisi tərəfindən sevinclə qarşılanıb. Onlar hazırda 27 illik "Xan" rejiminin təhdid, təzyiq və istismarından xilas olmalarının ilk gününü yaşayırlar.


Etiketlər:  Naxçıvan dəhşətləri Talıbovun dövründə Muxtar Respublikada nələr baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ