Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Danimarka Ukraynaya 45,3 milyon dollar ayırdı

Danimarka Ukraynaya 45,3 milyon dollar ayırdı

Tarix: 22 Dekabr 2022 16:36

Danimarka Ukrayna Silahlı Qüvvələri üçün silah və texnikanın alınması üçün Böyük Britaniyanın Ukrayna Beynəlxalq Fonduna 300 milyon kron (45,3 milyon ABŞ dolları) verəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Vəsait Danimarka Müdafiə Nazirliyinin ehtiyat fondundan ayrılacaq. Bununla bağlı hökumətlə parlamentdəki partiyalar arasında razılıq əldə olunub.

Danimarkanın Ukraynaya hərbi yardımı indiyədək təxminən 510 milyon avro, mülki yardım isə 147 milyon avro təşkil edib.

Milli.Az


Etiketlər:  Danimarka Ukraynaya 453 milyon dollar ayırdı


RƏYLƏR