Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2022 13:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.
Sonxeber.net xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Məmmədov 2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə "İstək" liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır. O, 2020-ci ildən bu vəzifəni icra edir.