Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirlərdən uzaqlaşan Samir Cavadzadəyə NƏ OLUB? - FOTO

Efirlərdən uzaqlaşan Samir Cavadzadəyə NƏ OLUB? - FOTO

Tarix: 23 Dekabr 2022 14:10

"Sizləri arxaya aparan boş adamları həyatınızdan silməyə qorxmayın".  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri nadir hallarda efirlərə çıxan müğənni Samir Cavadzadə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.  

Sənətçi daha sonra fikirlərini bu cür tamamlayıb: "Yalandan ağıl verib, istifadə edib, mənasız söhbətləri ilə sadəcə vaxtımızı, zamanımızı alanlardır".  

Cavadzadə həmçinin izləyicilərinə "Ümumiyyətlə insanın xasiyyətini dəyişməsinə inanırsınız?" sual da ünvanlayıb.

Qeyd edək ki, Samir Cavadzadə pandemiya zamanı Azərbaycandan Moskva şəhərinə köçüb.

Bir müddət orada qalan sənətçi bir sıra el şənliklərində iştirak edib. Ölkəyə qayıdan Samir hazırda duet ortağı və yaxın dostu Xalq artisti Röya Ayxanın komandasındadır. Ara-sıra ikili bir araya gələrək, sosial şəbəkələrdə videolar paylaşırlar.  

Milli.Az


Etiketlər:  Efirlərdən uzaqlaşan Samir Cavadzadəyə OLUB FOTO


RƏYLƏR