Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbola baxmağa mane olan ögey qızının çənəsini sındırdı

Futbola baxmağa mane olan ögey qızının çənəsini sındırdı

Tarix: 23 Dekabr 2022 16:46

Simferopol sakini dünya çempionatının finalınına baxmağa mane olan 16 yaşlı ögey qızının çənəsini sındırıb.

Milli.Az bildirir ki, bu barədə "Mash" nəşri öz Telegram kanalında məlumat yayıb.

Kişinin ögey qızı ilə əvvəlcədən gərgin münasibətdə olduğu iddia edilib. Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu günü kişi yenidən arvadının qızı ilə dava edib və tavasını gizlədib. Cavabında qız kişinin ülgücünü gizlədib və onu futbola baxmağa qoymayıb.

Qarşılaşmadan sonra artıq sərxoş olan Simferopol sakini ögey qızı ilə, sonra isə anası ilə mübahisə edib. Yeniyetmə onları ayırmaq istəyəndə kişi onun çənəsinə yumruq vurub. Nəticədə qızın çənəsi sınıb.

Nəşr hadisə ilə bağlı araşdırmaya başlanılıb-başlanılmadığını dəqiqləşdirməyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Futbola baxmağa mane olan ögey qızının çənəsini sındırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ