Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmində piylənmə baş verən xəstələr üçün pəhriz

Orqanizmində piylənmə baş verən xəstələr üçün pəhriz

Tarix: 24 Dekabr 2022 08:03

Bu pəhriz  müəyyən xəstəliklər zamanı orqanizmində piylənmə baş verən xəstələr üçün nəzərdə tutulub.
Pəhrizin əsas məqsədi yağlı qidalardan, dadlandırıcılardan və iştah açan qidalardan uzaqlaşmaqdan ibarətdir. Müxtəlif səbəblərdən baş verən piylənmələr zamanı yağlı, zülallı, dadlı qidalar menyudan çıxarılmalı, xörək duzu və karbohidratlarla zəngin qidalardan uzaqlaşmaq lazımdır.
Orqanizmi piylənməyə meyilli olan adamlar bəzi qidaları menyudan çıxarmalıdırlar:
- yağlı ət
- yağlı süd
- kolbasa
- ağ çörək
- smetan
- şirniyyat
- körpə mal əti
- qaz, ördək, hind quşu əti
- qazlı içkilər
- yağlı pendir.
Piylənməyə meyilli adamlar üzüm, banan, əncir, mürəbbə, bal, bəkməz, dondurma və kiseldən də uzaq durmalıdırlar. Yağlı, kəskin, ədviyyatlı qidalar tamamilə rasiondan çıxarılmalıdır. Belə adamların yediyi yeməklər bitki yağında bişirilməli və menyusundan yağsız qatıq əskik olmamalıdır.


Etiketlər:  Orqanizmində piylənmə baş verən xəstələr üçün pəhriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ